Barum Bravuris 3HM – minik avtomobilləri üçün, asimmetrik protektor naxışlı yay şinləridir. Bu modelin yaranmasında, mühəndislər, aşınma məsələsinə xüsusi diqqət yetirərək, mükəmməl göstəricilərə nail olmuşdular. Bütün şinlərin təchiz olunmuş HM indeksi, High Mileage, yəni yüksək yürüş kimi tərcümə olunur.
Modelin xüsusiyyətləri:
- Mükəmməl aşınma dayanıqlığı;
- Aşağı yanacaq sərfiyyatı;
- Aşağı diyirlənmə müqaviməti;
- Həm yaş, həmdə quru yolda əla ilişmə qabiliyyəti;
- Aşağı səs səviyyəsi.
Barum Bravuris 3HM şinlərinin istifadəsi, avtomobilin hərəkətinə çox aşağı müqavimət səbəbindən yanacağa qənaət edir. Qeyd etmək lazımdır ki, bu göstərici quru və yaş asfalt örtükləri ilə ilişmə keyfiyyətinə heç bir təsir göstərməmişdir. Bu göstəriciyə görə, Barum Bravuris 3HM şinləri ən sərt beynəlxalq təhlükəsizlik tələblərinə cavab verirlər.
Bu modeldə, rezin təzyiqini azaldan və bununla da aşınma dərəcəsini azaldan Flat Belt Concept xüsusi innovasiyalı texnologiya təqdim edilmişdir.
Protektorun özü, qapalı genişləndirilmiş kənar çiyin bloklar ilə xarakterizə olunan asimmetrik naxışa malikdir. Onlar avtomobilin manevr qabiliyyətini və idarəolunmasını əhəmiyyətli dərəcədə artırırlar, kurs stabilliyinə isə, 3 uzununa kanallar və, onlarda ayrılan, kontakt sahəsindən suyu effektiv şəkildə çıxaran, köndələn yivlər cavab daşıyır. Protektorun bu cür arxitekturası sayəsində, Barum Bravuris 3HM şinləri, akvaplan effektinin yaranmasına effektiv şəkildə maneə törədirlər.
Əyləc məsafəsini qısaltmaq üçün protektorun üzərində çoxsaylı lamellər quraşdırılıb, onu yan hissəsi isək iti kənarlar ilə təchiz edilib.