
Falken Tire - Sumitomo Rubber Industries (SRI) məxsus minik avtomobilləri, yüngül və orta yük avtomobilləri şinləridir. 1983-cü ildə Falken, Yaponiyada yüksək məhsuldarlı brend OHTSU Rubber Tire brendi olaraq yaradılıb və iki il sonra Şimali Amerika bazarında və 1988-ci ildə Avropada təqdim olunub.
2003-cü ildə OHTSU Rubber & Tire, dünyanın altıncı ən böyük şin istehsalçısı olan Sumitomo Rubber Industries ilə birləşib və onların qlobal və strateji şin markasına çevrilib. Hal hazırda Falken, öz məhsulunu inkişaf etdirmək və yaxşılaşdırmaq üçün peşəkar avtomobil idman yarışlarından istifadə edərək dünya bazarında yayılmasını təşkil edən, UHP (Ultra High Performance) məhsullarına diqqət yetirən muxtar bir brendə çevrilib.