Nokian WR A3 - idman üslubunda səfərlərə üstün verən sürücülər üçün qış şinlərdir. Bu şinlər iri və güclü avtomobil üçün yaradılıb. Şinlərin yaradılmasında yüksək sürətlərdə idarə olunmaya xüsusi diqqət yetirilmişdir.
Modelin xüsusiyyətləri:
- Etibarlılıq və təhlükəsizlikdir;
- Ekoloji göstəricilər;
- Aşağı diyirlənmə müqaviməti;
- Azaldılmış yanacaq sərfiyyatı.
Nokian WR A3 şinləri çiyin hissəsinin çöl tərəfini daha da möhkəmləşdirən 3DLockSipe adlanan innovativ texnologiyanın tətbiqi ilə hazırlanıb.
Uzununa qabırğalarının yan tərəflərdə olan yarımdairəvi qanovlar şini soyutmaq imkanına malikdir. Bunun hesabına təkərlər daha təhlükəsiz olub və hətta böyük sürətli səfər zamanı akustik komfortu artırılıb.
Bu şin modelinin yaradılmasında qarlı və buzlu yolda ilişmə xüsusiyyətlərini xeyli yüksəldən kanola yağ istifadə edilmişdir. Silisium tərkibli rezin qarışığı aşağı diyirlənmə müqavimətinə nail olmağa imkan yaratdı, hansı ki yanacaq sərfiyyatını və atmosferə tullanılan zərərli maddələrin həcmini azaldıb Nokian WR A3 şinini ekoloji və qənaətli edir.