Şinlərin sığortası

Şinlərin sığortası

Sığorta təminatı ilə aşağıdakılar əhatə olunmur:

—İstehsal qüsurları, istehsalçı zavod tərəfindən məhsulun yararsız olmasının sübut olunması şərtilə (məsələn, malların geri çağırılması) və ya bərpaedici təmir zamanı yol verilmiş qüsur səbəbindən dəymiş ziyan

—Sığorta hadisəsi ilə birbaşa əlaqəsi olmayan ziyan

—Sığortalı, Sürücü və ya Faydalan şəxsin qəsdən vurduğu ziyan

—Nəqliyyat vasitəsini alkoqol və ya narkotik sərxoşluğu vəziyyətində və (və ya) toksik və ya sedativ təsirli preparatların və ya maddələrin təsiri altında olan şəxs tərəfindən idarə olunması zamanı dəyən ziyan

—Yanğın təhlükəsizliyi qaydalarının və təhlükəli maddələrin və əşyaların saxlanması və daşınması qaydalarının pozulması zamanı dəyən ziyan

—Nəqliyyat vasitəsinin və avadanlığın istehsalçı zavod tərəfindən nəzərdə tutulmuş istismar şərtlərini pozmaqla istismarı zamanı dəyən ziyan

—Şinlərin üzərində olan protektorların dərinliyi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanuna 1 Saylı Əlavənin V saylı bəndində (Təkərlər və şinlər) qeyd olunan ölçüdən az olduğu halda, şinlərə dəyən zərərə dair təminat verilmir

—Quraşdırılmamış şinlərə dair zərərlər

—Şinlərin düzgün olmayan istifadəsi nəticəsində yaranan (offroad, avtomobil yarışları kimi yüksək sürətə çatmaq və s.)

—Təmiri mümkün olan şinlərə dair zərərlər

—Digər sığorta növü üzrə təminata daxil olan yol-nəqliyyat hadisələri nəticəsində yaranan zərərlər

—Sığortalıdan satın alınmayan şinlərə dair zərərlər

—Sığortalı tərəfindən qəsdən edilmiş qərəzli hərəkətlərin nəticəsində yaranan zərərlər

—Sığortalıya məxsus şinlərin zədələnməsinin artmasına səbəb olan hallar

—Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmənin təsiri

—Hərbi əməliyyatların, habelə manevrlərin artmasına sabəb olan hallar

—Vətəndaş müharibəsinin, istənilən növ xalq iğtişaşlarının və ya tətillərin təsiri

—Sığortalanmış nəqliyyat vasitəsinin dövlət orqanlarının sərəncamı ilə müsadirəsi, alınması, rekvizisiyası, ona həbs qoyulması və ya məhv edilməsi

—Terrorizm və ya vandalizm.

Sığorta riskləri:

"Tamamilə məhv olma (itirilmə)" - YNH, yanğın, sıçrayan və ya düşən əşyanın təsiri, təbii fəlakət, qanunazidd hərəkət, heyvanların hərəkətləri, torpaq altında qalma nəticəsində təkər şininin ciddi şəkildə deformasiyası və zədələnməsi, zədələnmiş təkər şininin tamamilə məhv olunmasına gətirib çıxaran texnogen qəza

Sığorta obyektinin təsviri:

Minik nəqliyyat vasitələrinə quraşdırılmış təkər şinləri (Kateqoriaya B). Sığortaya 4 şindən ibarət olan və yaxud 2 şindən ibarət olan dəstlər qəbul edilir, lakin 2-ci cüt şinlərin 1-ci cüt şinlər alındıqdan sonra 3 ay ərzində əldə edilməsi şərti ilə.

Sığorta müqaviləsi yalnız şinlərin alındığı tarixdən etibarən bağlanıla bilər

Sığorta məbləği və sığorta dəyəri:

Hər bir təkər şini üzrə sığorta məbləği hesab-fakturada qeyd olunan təkər şinlərinin faktiki dəyəri sayılır

Sığortaçının məsuliyyətinin həddi:

Bir hadisə üzrə hər bir təkər şininə dəymiş zərərə dair sığorta dəyəri, lakin 4,000 AZN məbləğindən artıq olmaması şərti ilə

Qeyd: Sığorta hadisəsi zamanı zərərçəkən şəxsə yalnız yararsız hala düşmüş təkərin dəyəri (həmin təkər üçün ödədiyi məbləğ) ödənilir.

Şərtsiz azadolma:

Tətbiq olunmur

Bu məhsul seçdiyiniz sayda mövcud deyil. Xahiş edirik, lazım olan miqdarı seçin.