Yokohama Advan Sport V103B güclü idman avtomobilləri üçün nəzərdə tutulan və istehsalında, əvvəllər ancaq dairəvi-şosse yarışlarında istifadə edilən bir sıra texnologiyaların tətbiqi edilən yay şinləridir.
Modelin xüsusiyyətləri:
- Yaxşı idarə olunma;
- Aşağə səs səviyyəsi;
- Bərabər aşınma;
- Artırılmış aşınmaya davamlıq.
Yokohama Advan Sport V103B şinlərinin asimmetrik protektor naxışının əsas xüsusiyyətlərindən biri içərisində yerləşən xüsusi yarımdairəvi drenaj qanovlardır. Əsas funksiyalarından biri, dörd uzununa qanovlarla birlikdə yüksək sürətdə belə akvaplan efektindən qaçmağa ikmkan yaradan, suyun kontakt sahəsindən çıxarılmasıdır. Bundan əlavə, yarımdairəvi qanovlar bir sıra uzunasına ilişmə kənarlarını yaradırlar. Bu manevrlər zamanı şin sabitliyini əhəmiyyətli dərəcədə artırır, lakin onların əyri forması sayəsində qeyri-bərabər aşınmanın meydana gəlməsinə və inkişafına mane olur.