RADİUS-DA ŞİNLƏRİN MÖVSÜMÜ SAXLANMASI
Bir çox avtomobil sahibləri üçün aktual problem qış və ya yaz şin dəstlərinin saxlanmasıdır. Bir çoxları - evdə saxlama olan köhnə üsula üstünlük verirlər. Bu məqsədlə, bir qayda olaraq, müxtəlif otaqlar, eyvanlar və s. yerlər istifadə edilir. Lakin, eyni zamanda, az bir nəfər şinlərin saxlanılmasının əsas qaydalarını xatırlayırlar. Əks halda, şinlərin yararlıq müddəti bir neçə dəfə azalır.
- Hərarət və rütubət şəraitinə uyğuluq. Şinlər müəyyən bir temperatur və rütubətdə saxlanmalıdır. Optimal temperatur, 50-80% nəmişlik nisbətində olan 15-25 dərəcədir. Qeyd edək ki, əksər hallarda evdə belə şərait yaratmaq mümkün deyil, bunun nəticəsində şinlər davamlı olaraq temperatur dəyişikliyinə məruz qalırlar, bu isə rezinin xüsusiyyətlərinə mənfi təsir göstərir, elastikliyini və isitifadə müddətini əhəmiyyətli dərəcədə azaldır;
- Kontakt nöqtələrini dəyişdirmək üçün şinlərin müntəzəm çevirilməsi. Eyni zamanda evdə, bir qayda olaraq, şinlər, bütün müddət üst-üstə yığılmaqla saxlanılır. Nəticədə bu, yolda avtomobilin davrnışına təsir edən müxtəlif deformasiyaların yaranmasına gətirib çıxardır. Və yenə, bu şinlərdə aşınma daha tez baş verir.
- Aqressiv mühit ilə əlaqənin olmaması. Qaraj şəraitində saxlama zamanı sinlərin üzərinə yanacaq, həlledicilər və s. düşməsi istisna deyil. Belə təsir kontakt sahəsindəki rezinin istismar xüsusuiyyətlərini azalda və şinin tam olaraq sıradan çıxmasına səbəb ola bilər.
- Bununla yanaşı, şinlərin istifadə müddətini əhəmiyyətli dərəcədə azaltmağa birbaşa təsir göstərə biləcək daha çox kiçik amillər var. Buna görə Radius şinlərin peşəkar saxlanmasını təklif edir.
- Şinləri mövsümi dəyişmə zamanı şinmontaj xidmətindən istifadə edən hər bir müştəri, bizdə saxlama imkanından istifadə etməyi mümkündür. Bu xidmət sayəsində şinləri evdə yerləşdirməyə ehtiyac yoxdur.
- Şinlərin saxlanması zamanı günəş şuaları xüsusi təhlükə yaradır. Məs bu təbii amilə görə, saxlama zamanı şinlərin quruluşu zədələnir. Günəş şualarının mənfi təsirini qarşısını almaq üçün şinlərin saxlanması qaranlıq otaqlarda həyata keçirilməlidir, günəş işığından azad olunmalıdır. Radius-da şinlərin saxlanması hermetik polietilen qablaşdırmada təmin edilir və bu, gün işığından qorumaqla yanaşı başqa hər hansı digər zərərli təsirləri də aradan qaldırır. Radius, UÇ şüaları olmayan xüsusi işıqlandırma daxil olmaqla bütün mümkün aspektləri nəzərə alaraq, alman şirkəti Raucher-dən xüsusi təchiz edilmiş stellajlarda şinlərin mövsümi saxlanmasını həyata keçirir.
- Uzunmüddətli saxlama üçün göndərilməzdən öncə, şinlər yuyulub qurudulur, bu hər hansı bir istehsalçının şinlərini saxlamağın vacib şərtdir, və şinlərin quruluşuna mənfi təsir, rezin strukturunun isə vaxtından əvvəl sıradan çıxmasının qarşısını alan Britaniyanın “Total Mix” şirkətinin xüsusi tərkibi ilə işlənilir. Həmçinin, rezin səthində olan bütün çirkləndiricilərdən təmizlənir, protektorda olan yağ və kiçik daş qalıqları çıxarılır. Əlavə olaraq onlar qablaşdırılır (yalnız xsusi hallarda), bu da aqressiv mühitün təsiri olmayacağına zəmanət verir.
- Şinlər və təkərlər yalnız səmərəli istilik və havalandırılan otaqlarda, istehsalçıların tövsiyyəsinə uyğun olaraq saxlayırıq, saxlama üçün xüsusi iqlim şəraitinin davamlı saxlanıldığı xüsusi təchiz olunmuş otaqlardan istifadə edirik – havalandırma sistemində lazımı temperatur və rütubət səviyyəsi təmin olunur.
- Şinlərin saxlanması müəyyən şərtlərə cavab verməlidir, bunun nəticəsində şinlər fiziki xüsusiyyətlərini itirə bilər, Şinləri bir-birinin üstünə yığmaq olmaz, çünki bu onların deformasiyasına və istehsalçı tərəfindən təmin edilən texniki imkanların itirilməsinə səbəb olur. Şinlərin mövsümi saxlanması zamanı onların mövqeyinin xüsusiyyətlərini hesaba almaq lazımdır. Vertikal mövqe saxlama zamanı yerləşmənin ən optimal variantıdır. 4 həftədə bir bütün saxlanılan şinlərə baxış və onların çevirilməsi mütamadi olaraq keçirilir. Bu, yük nöqtələrində hər hansı bir deformasiyanın yaranma ehtimalının aradan qaldırılmasına imkan verir.
- Şinlərin mövsümi saxlama xidmətindən istifadə etmək üçün Radius, müştərinin və avtomobil məlumatlarının dəqiq göstərildiyi, şinlərin adı, onların sayı və razılaşdırılmış saxlama müddəti qeyd olunan müqavilə bağlayır.
ŞİNLƏRİN RADİUS-DA SAXLANMASI
Razılaşın ki, qarajda, bağda, həyətdə və ya mənzilinizin eyvanında, belə saxlama şəraitinə çatmaq çətindir. Şinləri Radius saxlanmasına verdikdə, onların təhlükəsizliyi üçün lazım olan bütün şəraitin təmin olunacağına, şinlərinizin mümkün qədər uzun müddətə xidmət edəcəyinə əmin ola bilərsiniz. Qədul zamanı şinlərə baxış keçiriləcək, yuyulacaq, onların zədəli olması sizə göstəriləcək, təkrlərin təmir edilməsi və ya işə yaramadıqları halda onlardan imtina etmək təklif olunacaq. Sizin şinlər təyinat və modellə, buraxılış tarixinə, vəziyyəti və seriya nömrəsi (əgər varsa) ilə müəyyən edilib, saxlama müqaviləsi təqdim olunacaq.
- Siz «Şin oteli» xidməti üçün Radius-a gəlirsiniz
- Xüsusi yuyucularda şinlərin yuyulması və qurulması həyata keçirilir.
- Şinlər ( disklər ilə dəstdə) uzun müddətli saxlanma üçün xüsusi məhlul ilə işlənirlər.
- Şinlər qeyd olunurlar.
- Şinlər, UÇ şüaları daxil olmayan müəyyən bir istilik və rütubəti olan xüsusi bir otaqda lazımı vəziyyətdə yığılırlar.