Longlife3 5W-30 1L

Alpine Longlife III 5W-30 benzin və dizel mühərrikli minik avtomobilləri üçün nəzərdə tutulmuş məhsuldarlığı artıran və sürtünməni azaldan hidrokrekinq texnologiyası ilə alınan sintetik mühərrik yağıdır. Bu məhsulun tərkibində kükürd, kül və fosfor aşağı səviyyədədir (aşağı SAP-tərkibli). Ən müasir texnologiya sintezi ilə alınan baza yağları və onlara uyğunlaşdırılmış effektiv əlavələr kompleksi sulfat külünü azaltmağa və mühərrikin yeyilmədən qorunmasını və mükəmməl təmizliyini təmin edirlər. Soyuq mühərrikin asanlıqla işə salınmasını və etibarlı yağlanmasını təmin edir. Məhsul ekstremal yüklənmələr və yüksək temperatur şəraitində etibarlı müdafiəni təmin edir. Alpine Longlife III 5W-30 istənilən əməliyyat şəraitində tətbiq oluna bilər və zərərli qazların emissiyasının azalması sayəsində ekologiyanın qorunmasına şərait yaradır.

Uyğunluq və təsdiqlər:

  • ACEA C3
  • VW-standart 504 00/507 00
  • MB 229.51
  • BMW Longlife-04

Tövsiyələr:

  • Porsche C30

İstifadə qaydaları:

Alpine Longlife III 5W-30 xüsusi olaraq müasir minik avtomobillərinin mühərrikləri üçün yaradılmışdır. O işlənmiş qazların neytrallaşdırılması sistemlərinə malik olan BMW, Mercedes-Benz və VW/Audi mühərrikləri üçün xüsusilə tövsiyə olunur.

Alpine Longlife III 5W-30 işlənmiş qazların neytrallaşdırılması sistemlərinin istismar müddətini artırır və onların effektivliyini yaxşılaşdırır

İstehsalçının təlimatlarına riayət edin!

Miqdar
  20.90

Bu məhsul seçdiyiniz sayda mövcud deyil. Xahiş edirik, lazım olan miqdarı seçin.