RSL 5W-40 4L

Alpine RSL 5W-40 sinifinə aid olan hidrokrekinq texnologiyası ilə alınan məhsuldarlığı artıran sintetik mühərrik yağıdır. Sintetik komponentlər və onlara uyğunlaşdırılmış müasir əlavələr kompleksi məhsulun ən son tələblərə uyğunluğunu təmin edirlər. Alpine RSL 5W-40 mühərrik yağının keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılması sayəsində, o, hətta yağın dəyişdirilmə intervalları arasında müddət böyük olduğu hallarda belə, mühərrikin yeyilməyə qarşı davamlılığının yüksəlməsini və mükəmməl təmizliyini təmin edir. Yağın aşağı temperatur şəraitində qatılıq dərəcəsi və yüksək temperaturlarda etibarlı qatılıq xüsusiyyətlərini qoruması hesabına yanacaq sərfiyyatının əhəmiyyətli dərəcədə azalması təmin olunur.

Uyğunluq və təsdiqlər:

  • ACEA A3/B4
  • API SN/CF
  • MB-Freigabe 229.3

Tövsiyələr:

  • VW-Norm 502 00/505 00
  • PSA B71 2296
  • BMW Longlife-01
  • Opel GM–LL–B–025
  • Porsche A40
  • Fiat 9.55535-M2

İstifadə qaydaları:

Alpine RSL 5W-40 tələbkar mühərriklər üçün nəzərdə tutulmuş məhsuldarlığı artıran və sürtünməni azaldan mühərrik yağıdır. Turboqovuculu və birbaşa inyeksiyalı modellər daxil olmaqla, benzin və dizel mühərrikli minik avtomobilləri üçün tövsiyə edilir. Məhsuldan istənilən əməliyyat şəraitində istifadə etmək olar.

İstehsalçının təlimatlarına riayət edin!

Miqdar
  52.80

Bu məhsul seçdiyiniz sayda mövcud deyil. Xahiş edirik, lazım olan miqdarı seçin.