BOSCH DOT 4 əyləc mayesi, mineral hidravlik maye olan sistemlər istisna olmaqla, bütün hidravlik əyləc sistemləri üçün tam sintetik bir mayedir. Qatılığın aşağı olması səbəbindən məhsul əyləc mexanizminin sabit və hamar işləməsini təmin edir. Aşağı qatılıq əmsalı və aşağı axma səbəbi ilə BOSCH DOT 4 əyləc mayesi aşağı temperaturda donmur. Yüksək yüklərdə isə stabil işləmə yüksək qaynama nöqtəsi ilə təmin edilir. Unikal əlavələr paketi əyləc mexanizmini təmiz saxlamğa kömək edir və sərt çöküntülərin yaranmasının qarşısını alır.
Spesifikasiya və təsdiqlər:
- Quru qaynama nöqtəsi - 230°C
- Nəm qaynama nöqtəsi - 155°C
- +100°С-də kinematik qatılıq - 1,5 мм²/с
- -40°С-də kinematik qatılıq - 1800 мм²/с
- FMVSS: 571.116
- SAE: J 1704
- ISO: 4925