General Tire Grabber A/S 365 şinləri, bütün Grabber xəttinə məxsus olan möhkəmlik, dözümlük, eləcə də yüksək ilişmə xüsusiyyətləri, və, yaş səthlər və qar üzərində tez əyləcləmə ilə xarakterizə olunurlar.
Modelin xüsusiyyətləri:
- Yüksək ilişmə xüsusiyyətləri;
- Qarlı və buzlu yollarda qısa əyləc məsafəsi;
- Akvaplan effektinə yüksək dayanıqlıq;
- Aşınmaya dayanıqlı rezin qarışıq.
General Tire Grabber A/S 365 modelinə Altimax A/S 365 şininin yönlü simmetrik protektor naxışı çatıb. Quru yolda əyləc məsafəsinin qısaldılmasına və ilişmə qabiliyyətinin yaxşılaşdırılmasına kömək edən iri sərt çiyin bloklarına malikdir. Lamellərin optimallaşdırılmış yerləşdirmə sxemi, sürüşkən şəraitdə yaxşı ilişmə qabiliyyəti, qarlı və buzlu yollarda isə qısa əyləc məsafəsini ilə təmin edir.
Geniş drenaj yivləri kontakt sahəsindən çirk və suyu tez bir zamanda çıxarırlar və bunun hesabına General Tire Grabber A/S 365 şinlərinin yaş asfalt üzərində idarə olunma təhlükəsizliyi və akvaplan effektinə qarşı dayanıqlığı artır.