İstehsalçı
Giti Tire Group
Yaranma tarixi
1951
Zavodların ümumi sayı
5 — 3 ölkədə: Çin / İndoneziya / ABŞ.
Modelin adı
HT152
Modelin debüt (buraxılış) ili
2016
Modelin təyinatı
H/T (Highway Terrain) — SUV/CUV və yüngül yük avtomobillərinin şəhər, asfalt və magistral yollarında istifadəsi üçün nəzərdə tutulmuş şindir. Quru və bərk qrunt yollarda qısamüddətli istifadə mümkündür.
Modelin protektor növü
Simmetrik, istiqamətsiz
Mövsümlük
Dörd fəsil
Yekun arqumentlər:
- 2017-ci ildə Motor Trend China nəşrinin “İlin universal yol şəraitinə uyğun SUV şini” mükafatını qazanıb.
- 2016-cı ildə Auto & Sport nəşri tərəfindən sürüş zövqünə görə seçilən SUV şini olub.
- 3 mm-lik yan qoruyucu çıxıntı və ikiqat gücləndirilmiş karkas yan zədələrə və zərbələrə davamlılığı artırır.
- RWL versiyalarında yan divardakı yazılar qabarıq ağ hərflərlə işlənib.