Lassa Atracta - minik avtomobilləri üçün nəzərdə tutulan yay şinləridir. Şinlər ilk növbədə aşınmaya davamlılığı, təzyiqin bərabər paylanılması və döngələrdə dayanıqlığı ilə fərqlənir.
Modelin xususiyyətləri:
- Azaldımış yanacaq sərfiyyatı;
- Aşınmaya davamlılıq;
- Yüksək kurs stabilliyi;
- Əla idarə olunma;
Lassa Atracta kompüter modelləşdirmə üsulunun tətbiqi ilə hazırlanıb və əla idarə olunmanı təmin edən protektor naxışının assimetrik dizaynı ilə təchiz olunub.
Rezin qarışığının orijinal tərkibi vaxtından əvvəl aşınmaya qarşı davamlığını artırır və diyirlənmə müqavimətini azaldır. Bu isə, öz növbəsində, şinlərin yanacaq qənaətini artırır. Şinin yan divarı təkminləşdirilmiş və gücləndirilmişdir, həmçinin kəsik və deşiklərə qarşı yüksək dayanıqlığa malikdir.
Böyük həcmdə suyun təmas səthindən effektiv kənarlaşdırılmasına imkan yaradan və akvaplan hərəkətinin yaranması risklərini minimallaşdıran şinin drenaj sistemi dörd dərin uzununa kanallardan və çoxsaylı eninə qanovlardan ibarətdir.
Üç mərkəzi qabırğa Lassa Atracta şinlərinin kurs stabilliyini artırır. Bloklardan ibarət olan struktur isə yol nahamarlıqlarını asanlıqla fəth etməyə imkan yaradır.