
Nankang zavodu, Tayvan ərazisində ən böyük rezin istehsalçısıdır. Nankang 1959-cu ilin fevral ayında təsis edilmişdir. Bu günə şirkətin kapitalı 3 milyard dollardan çoxdur. Şirkətin baş ofisi Tayvanda, Teypey şəhərində yerləşir. İstehsal müəssisələri Çində yerləşir. Şirkətin şüarı: "İnnovasiya, praqmatizm, etimad."
1973-cü ildə şirkət, Nankang vertolyot şinləri istehsalına başlayıb. Tayvanda, polad kordlu şinlərin istehsalına ilk olaraq başlamışdırlar. 70-ci illərin sonlarından etibarən şirkət radial şinlər istehsal edir. 80-ci illərdə şirkət minik və yük avtomobilləri üçün avtomobil şinlərinin istehsalına başlayıb. Məhsullar Çində və beynəlxalq təşkilatlarda keyfiyyətə nəzarətdən kemirlər. Avropaya məhsul ixracına imkan verən E4-Mark sertifikatlarına malikdirlər. Şirkət həmçinin DNV və BCI-nin İSO-9001 sertifikatlarına malikdir. 90-cı illərin ortalarında şirkət Ford Motor-dan keyfiyyət sertifikatı alıb. İSO-14001 menecmentin keyfiyyətini təsdiq edən sertifikata da malikdirlər.