İstehsalçı
Michelin Group
Yaranma tarixi
1889
Zavodların sayı və ölkələr üzrə bölgüsü
49 şin zavodu — Fransa / Almaniya / İspaniya / İtaliya / Böyük Britaniya / Macarıstan / Polşa / Rumıniya / Serbiya / Rusiya / ABŞ / Kanada / Meksika / Braziliya / Çin / Tailand / Hindistan.
Modelin adı
Pilot Sport 4
Modelin debüt (buraxılış) ili
2016
Modelin təyinatı
UHP (Ultra High Performance) —güclü mühərrikli minik avtomobillərinin şəhər və magistral yollarda yüksək sürət, responsivlik, manevr və güclü yol tutuşu üçün nəzərdə tutulmuş şindir.
Modelin protektor növü
Asimmetrik, istiqamətsiz
Mövsümlük
Yay
Yekun arqumentlər:
- “Dynamic Response” texnologiyası aramid və neylondan hazırlanmış qat sayəsində sükan reaksiyasının dəqiqliyini artırır.
- Funksional elastomerlər və hidrofob silisium nəm yol tutuşunu gücləndirir.
- 2020-ci il “ADAC” təşkilatının sınağında 225/40 R18 ölçüsü üzrə bir rəqib şinlə birlikdə 1-ci yeri tutub.
- Modelin “ACOUSTIC” nişanlı versiyalarında “Michelin Acoustic Technology” texnologiyası daxili poliuretan köpük vasitəsilə salondakı səs səviyyəsini azaldır.
- EV Ready statusuna malikdir.