İstehsalçı
Michelin Group
Yaranma tarixi
1889
Zavodların sayı və ölkələr üzrə bölgüsü
49 şin zavodu — Fransa / Almaniya / İspaniya / İtaliya / Böyük Britaniya / Macarıstan / Polşa / Rumıniya / Serbiya / Rusiya / ABŞ / Kanada / Meksika / Braziliya / Çin / Tailand / Hindistan.
Modelin adı
Pilot Sport 5
Modelin debüt (buraxılış) ili
2022
Modelin təyinatı
UHP (Ultra High Performance) —güclü mühərrikli minik avtomobillərinin magistral yollarda yüksək sürət, responsivlik, manevr və güclü yol tutuşu üçün nəzərdə tutulmuş şindir.
Modelin protektor növü
Asimmetrik, istiqamətsiz
Mövsümlük
Yay
Yekun arqumentlər:
- Pilot Sport 4 ilə müqayisədə yürüş 15% artırılıb.
- “Dynamic Response” texnologiyası aramid və neylondan hazırlanmış qat sayəsində sükan reaksiyasının dəqiqliyini artırır.
- “Dual Sport Tread Design” texnologiyası quru və nəm yol şəraiti üçün iki funksional protektor zonası yaradır.
- “Premium Touch” texnologiyası yan divara məxməri qara görünüş verir.
- “CPJ” texnologiyası diskin kənarını səki ilə təmasdan qoruyur.
- Modelin “ACOUSTIC” nişanlı versiyalarında “Michelin Acoustic Technology” texnologiyası daxili poliuretan köpük vasitəsilə salondakı səs səviyyəsini azaldır.
- EV Ready statusuna malikdir.