İstehsalçı
Michelin Group
Yaranma tarixi
1889
Zavodların sayı və ölkələr üzrə bölgüsü
49 şin zavodu — Fransa / Almaniya / İspaniya / İtaliya / Böyük Britaniya / Macarıstan / Polşa / Rumıniya / Serbiya / Rusiya / ABŞ / Kanada / Meksika / Braziliya / Çin / Tailand / Hindistan.
Modelin adı
Primacy 4
Modelin debüt (buraxılış) ili
2018
Modelin təyinatı
PT (Premium Touring) — premium minik avtomobilləri və SUV-lərdə yüksək dinamikada sabit idarəetmə, sürüş rahatlığı və uzun səyahətlərdə maksimum komfort üçün nəzərdə tutulmuş şindir.
Modelin protektor növü
Asimmetrik, istiqamətsiz
Mövsümlük
Yay
Yekun arqumentlər:
- “EverGrip Technologies” texnologiyası protektor aşındıqca suyun ötürülməsi üçün boşluğu 22% artırır.
- 2020-ci il “ADAC” təşkilatının sınağında 235/55 R17 ölçüsündə 12 şin arasında 1-ci yeri tutub.
- 2017-ci il “DEKRA” təşkilatının sınağında yürüşə görə 1-ci yeri tutub.
- Primacy 3 ilə müqayisədə yürüş 20% artırılıb, yuvarlanma müqaviməti isə 11% azaldılıb.
- Modelin “ACOUSTIC” nişanlı versiyalarında “Michelin Acoustic Technology” texnologiyası daxili poliuretan köpük vasitəsilə salondakı səs səviyyəsini azaldır.
- EV Ready statusuna malikdir.