İstehsalçı
Michelin Group
Yaranma tarixi
1889
Zavodların sayı və ölkələr üzrə bölgüsü
49 şin zavodu — Fransa / Almaniya / İspaniya / İtaliya / Böyük Britaniya / Macarıstan / Polşa / Rumıniya / Serbiya / Rusiya / ABŞ / Kanada / Meksika / Braziliya / Çin / Tailand / Hindistan.
Modelin adı
Primacy 5
Modelin debüt (buraxılış) ili
2025
Modelin təyinatı
PT (Premium Touring) — premium minik avtomobilləri və SUV-lərdə yüksək dinamikada sabit idarəetmə, sürüş rahatlığı və uzun səyahətlərdə maksimum komfort üçün nəzərdə tutulmuş şindir.
Modelin protektor növü
Asimmetrik, istiqamətsiz
Mövsümlük
Yay
Yekun arqumentlər:
- “TÜV SÜD” təşkilatının sınağında nəm yolda əyləcləmə göstəricisi yeni şinlə Primacy 4+-dan 4% yaxşı olub və aşınmış şinlə də üstünlüyünü qoruyub.
- 2024-cü il “DEKRA” təşkilatının sınağında Primacy 4+-dan 18% daha uzun yürüş göstərib.
- Avropa etiketində nəm yol tutuşuna görə “A” sinfi alıb.
- “EverTread” texnologiyası aşınmış protektorda suyun ötürülməsi üçün boşluğu 13%, kanalların dərinliyini isə 10% artırır.
- “Silent Rib Gen-3” texnologiyası blokların hərəkətini məhdudlaşdırır və protektor səsini azaldır.
- Primacy 4+ ilə müqayisədə yuvarlanma müqaviməti 5% azaldılıb.
- EV Ready statusuna malikdir.