Pirelli Scorpion Zero - əsasən sərt yol səthlərində istifadə üçün hazırlanmış, ən son nəsil yolsuzluq və yüngül yük avtomobilləri üçün 4 mövsüm şinlərdir.
Modelin xüsusiyyətləri:
- Dəbli dizayn;
- Səssiz hərəkət;
- Qısa əyləc məsafəsi;
- Əla idarəolunma.
Pirelli Scorpion Zero şinləri idarəolynmada etibarlılıq, səssiz hərəkət və yüksək sürətlərdə artırılmış rahatlıq səviyyəsini təmin edirlər.
Eksklüziv "Z" formalı dişli naxış, yuvarlaq çiyin hissəsi və şinin yan tərəfindəki sarı əqrəb təsviri cazibədar bir görünüş verir və onları avtomobil tüninqi üçün ideal seçim edir.
Bu şin döngələrdə kurs stabilliyini, qısa əyləc məsafəsini, və, quru və yaş yol səthlərində əla idarəolunmanı təmin edə bilir.
Scorpion Zero şinləri Mercedes-Benz, Volkswagen, Audi, Ford, Jeep, Land Rover və Volvo kimi avtomobil istehsalçıları tərəfindən quraşdırılması üçün tövsiyə olunur.